Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Azərbaycanda çox rast gəlinən situasiyadır.
Bəzən universitetlər tələbəyə deyir ki, “Təhsil haqqını tam ödəməsən, dərsə buraxılmayacaqsan”.
Ancaq bu hal qanunidirmi?
Hüquq bu barədə nə deyir?
Hüquqşünas Uğur Əliyev məsələ ilə bağlı Gununsesi.info-nun sorğusunu cavablandırıb:
“Təhsil haqqında” Qanunun 36-cı maddəsinə görə, ali təhsil müəssisəsi ilə tələbə arasında müqavilə bağlanır. Təhsil haqqının ödənilməsi müqavilənin şərtidir. Universitet yalnız müqavilədə açıq yazılıbsa tələbəni dərsdən kənarlaşdıra bilər. Konstitusiyanın 42-ci maddəsi – hər kəsin təhsil almaq hüququ var olduğunu bildirir. Bu hüquq ödənişli də olsa, sırf ödəniş gecikməsi səbəbindən təhsildən tam məhrum edilə bilməz. Universitetlər adətən müqavilədə qeyd edirlər: “Təhsil haqqı müəyyən olunmuş vaxtda ödənilməzsə, tələbənin təhsil alma hüququ müvəqqəti dayandırıla bilər”.
qanunvericilikdə “təhsil haqqını ödəmədiyinə görə dərsə buraxmamaq” haqqında konkret maddə yoxdur. Əslində, universitetin hüquqi vasitəsi tələbəni dərsdən kənarlaşdırmaq yox, müqaviləni birtərəfli ləğv etmək və ya ödənişi məhkəmə yolu ilə tələb etməkdir. Təhsil haqqı borcunu ödəməyən tələbə qarşısında universitetin maliyyə tələbi var, amma tələbəni dərsdən kənarlaşdırmaq qanunla birbaşa əsaslandırılmır. Universitet bu yolla təzyiq edir ki, tələbə ödənişi gecikdirməsin. Hüquqi mexanizm isə başqa olmalıdır: borcun məhkəmə qaydasında tutulması. Tələbə belə hal ilə qarşılaşarsa, Təhsil Nazirliyinə, Ombudsman Aparatına və hətta məhkəməyə şikayət edə bilər”.
Elmar
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.