EN

İskəndər lər Polşa sərhədində: General panikayla bağlı suala cavab verdi

Qaynarinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Birgə Rusiya–Belarus təlimlərinin ("Qərb-25") ikinci günündə Kalininqrad bölgəsindən yayılan görüntülərdə 9M723 ballistik raketləri ilə təchiz olunmuş iki "İskəndər-M" buraxılış qurğusu qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, xüsusi təyinatlı QROM dəstəsinin sabiq komandiri, general Roman Polko Gazeta.pl-ə açıqlamasında bildirib ki, "İskəndər”lər bu bölgədə dəfələrlə yerləşdirilib:

"Keçmişdə "İskəndər”lər tez-tez Rusiyanın bu hissəsində yerləşdirilirdi. Onlardan həmişə çəkindirmə vasitəsi kimi istifadə olunub".

Hərbçi Kalininqradı Rusiyanın "aviadaşıyıcısı" ilə müqayisə edib və qeyd edib ki, Moskva buranı gücləndirməyə çalışsa da, NATO ilə əhatə olunduğuna görə faktiki olaraq təcrid olunmuş vəziyyətdədir:

"Bu, izolyasiya olunmuş və yaşama qabiliyyəti olmayan bir aviadaşıyıcıdır, çünki o, NATO ilə əhatə olunub. Ruslar buradan çox şey əldə edə bilməzlər".

Generalın sözlərinə görə, "Qərb-25" manevrlərinin məqsədi həm rus hərbçilərinə NATO ilə döyüşdüklərini göstərmək, həm də qonşu dövlətlər arasında panika yaymaqdır. O, həmçinin Polşaya qarşı son pilotsuz uçuş aparatları hücumlarını xatırladaraq, Moskvanın bunu sabitliyi pozmaq üçün alətə çevirdiyini vurğulayıb.

"Onların məqsədi qorxu və xaos yaymaqdır. Amma NATO bu sınaqdan çıxdı və müdafiəni gücləndirmək üçün tədbirlər gördü", – Polko bildirib. General polyakları hədələrə uymamağa çağırıb:

"İskəndər” təhlükəlidir, nüvə başlıqları daşıya bilər, amma Moskva bu silahdan istifadə etməyəcək".

O həmçinin müttəfiqlərin informasiya məkanında daha fəal işləməsinin, maarifləndirici kampaniyalar aparmasının vacibliyini vurğulayıb ki, Rusiya təbliğatı neytrallaşdırılsın.

Unian-ın məlumatına görə, Rusiyanın Avropaya qarşı təhdidləri yalnız NATO ölkələrinin hava məkanına PUA-ların daxil olması ilə məhdudlaşmır. Bu gün ruslar iki "İskəndər" ballistik raket kompleksi ilə yeni təxribat törədiblər.

"İskəndər" buraxılış qurğuları Kudyavtsevo yaşayış məntəqəsinin şimalında, Polşa sərhədindən 40 km-dən az məsafədə, E28 magistral yolunda döyüş mövqeyinə gətirilib.

Alpər

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
45
qaynarinfo.az

1Sources