EN

İlham Əliyev Nikaraquanın həmprezidentlərini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Nikaraqua Respublikasının Həmprezidentləri Daniel Orteqa Saavedraya və xanım Rosario Murilyoya təbrik məktubu ünvanlayıb.

Demokrat.az təbrikin mətnini təqdim edir:

 "15 Sentyabr – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

 Biz Azərbaycan-Nikaraqua əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. İnanıram ki, ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi, həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Chosen
36
39
demokrat.az

10Sources