EN

Londonda toqquşmalarda 26 polis yaralandı - FOTOLAR

İngiltərədə aşırı sağçıların həftəsonu paytaxt Londonda təşkil etdikləri nümayişə 110-150 min nəfər qatıldı.

Etirazçıların polis baryerlərini aşmağa çalışması nəticəsində baş verən qarşıdurmalarda 4-ü ağır olmaqla 26 polis yaralandı, 25 nəfər saxlanıldı.

"Cebheinfo.az" xəbər verir ki, London Metropolitan Polisi, sağçı Tommi Robinson tərəfindən çağırılan "Söz Azadlığı Festivalı" adlı aksiyada 110 min ilə 150 min arasında nümayişçinin iştirak etdiyini açıqladı.

Əsl adı Stefen Yaxley-Lennon olan Robinsonun çağırışı ilə toplaşan minlərlə İngilis milliyyətçisi bəzi nöqtələrdə yürüş marşrutundan çıxmaq istədi və polis ilə mübahisə etdi. Marşrutdan çıxanlar polis xəbərdarlıqlarına məhəl qoymadı və əks aksiya keçirən "İrqçiliyə Qarşı Dur" qrupunun olduğu sahəyə getməyə çalışdı. Polis bu qrupun təşkil etdiyi "Faşizmə qarşı yürüş" adlı aksiyaya sağçıların daxil olmasının qarşısını almağa çalışdı. Polisə yad əşyalar atıldı, bəzi polis əməkdaşları isə təpik və yumruqla hücuma məruz qaldı.

Atlı-itli, zirehli polis qüvvələri nizamı bərpa etməyə çalışarkən, bəzi etirazçılar ətrafdakı binaların barmaqlıqlarına və tikinti iskelelərinə dırmaşaraq özlərini və ətrafdakıları təhlükəyə atdılar. London Polisi, "Krallığı Birləşdir" şüarı ilə yürüyən etirazçılardan 25 nəfərin polisə hücum və nizamı pozma səbəbilə saxlanıldığını bildirdi.

Chosen
5
cebheinfo.az

1Sources