EN

Paşinyan: KTMT Ermənistanın təhlükəsizliyini təmin edə bilmir

BAKI, 15 sentyabr. TELEQRAF

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın təhlükəsizliyini təmin edə bilmir.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

O deyib ki, əvvəlki dövrlərdə xarici təhlükəsizliyi təmin etmək üçün əsas vasitələr hərbi-siyasi ittifaqlar və ordu hesab olunurdu, lakin təcrübə göstərdi ki, bu yanaşma işləməyib:

"Xüsusilə KTMT məsələsində üç dəfə uğursuzluq olub. KTMT Azərbaycana eyni dərəcədə "qardaş ölkə" kimi yanaşıb və Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Eyni yanaşmanı Ermənistan üçün görmək isə mümkün olmayıb".

Baş nazir xatırladıb ki, 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında Ermənistan KTMT-yə müraciət edib, amma blok ona qeyri-müəyyən cavab verib.

Chosen
20
11
teleqraf.com

10Sources