EN

Food City Agrocomplex məktəbliləri sevindirdi (FOTO)

Bakı. Trend:

Food City Agrocomplex Korporativ Sosial Məsuliyyət proqramıçərçivəsində şəhid övladlarına, Xaçmaz rayon Seyidlikəndyeri kəndümumi orta ümumtəhsil məktəbi şagirdlərinə və şirkət əməkdaşlarınınövladlarına məktəbli ləvazimatları və çantalar hədiyyə edilib.Aksiyanın məqsədi yeni tədris ilinə start verən uşaqların təhsilehtiyaclarının qarşılanmasına dəstək olmaqdır.

Food City Agrocomplex nümayəndələri tədbir zamanı bildirib ki,“Bizim üçün təhsil, sosial rifah və dayanıqlı məşğulluq inkişafstrategiyamızın ayrılmaz hissəsidir. Şəhid övladlarının və regionməktəblilərinin yanında olmaq mənəvi borcumuzdur.”

Eyni zamanda məktəb rəhbərliyi Food City Agrocomplex-in buaddımını yüksək qiymətləndirərək, Məktəb kollektivi və valideynicması adından Food City Agrocomplex-ə təşəkkürünü çatdırıb.

Regionlarda sosial rifahın yüksəldilməsi, yerli icmalar üçünməşğulluq imkanlarının genişləndirilməsi, təhsilə və gənclərininkişafına dəstəyin ardıcıl şəkildə davam etdirilməsini planlayanFood City Agrocomplex məktəbli layihəsini də miqyaslandırmağı vədaha çox məktəbi əhatə etməyi planlaşdırır.

Qeyd edək ki, Food City Agrocomplex Azərbaycanın şimalbölgəsində, beynəlxalq ticarət dəhlizlərinin üzərində yerləşənİdxal-ixrac, tranzit və re-export üzrə ixtisaslaşmış bir pəncərəprinsipi ilə idarə olunan çoxfunksiyalı logistik habdır. Qidaməhsullarının saxlanılması, daşınması, idxal-ixrac, re-export vətranzit əməliyyatları üçün etibarlı həllər təklif edənkompleksimizdə beynəlxalq səviyyəli qida təhlükəsizliyilaboratoriyamız fəaliyyət göstərir.

Food
Food
Food
Food
Food
Food
Food
Food
Chosen
36
az.trend.az

1Sources