EN

Kirkin ailəsinə dəstək üçün 6 milyon dollardan çox ianə toplanıb

Yuta ştatında öldürülən mühafizəkar fəal Çarli Kirkin ailəsinə dəstək və onun xatirəsinə həsr olunmuş tədbirlərin təşkili məqsədilə 6 milyon dollardan çox vəsait ianə olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Newsweek” portalı məlumat yayıb.

Məlumata görə, ianələrin əsas hissəsi – təxminən 4,65 milyon dollar amerikalı jurnalist Taker Karlsonun təşkil etdiyi kampaniya nəticəsində toplanıb.

Radio aparıcısı Qlenn Bek 500 min dollar, Kirkin rəhbərlik etdiyi "Turning Action" şirkəti isə 1,25 milyon dollardan çox vəsait cəlb edib.

Qeyd edək ki, Çarli Kirk sentyabrın 10-da Yutanın Orem Universitetində çıxışı zamanı silahlı hücuma məruz qalıb. Ağır yaralanan fəal xəstəxanada dünyasını dəyişib.

Qətli törətməkdə şübhəli bilinən Yuta sakini Tayler Ceyms Robinson sentyabrın 11-də saxlanılıb. 

Robinson cinayəti etiraf edib. Donald Tramp bildirib ki, şübhəlinin mühakimə olunacağına və ölüm cəzası alacağına ümid edir.

Chosen
28
operativmm.az

1Sources