Sabirabad rayonunda dəhşətli qətl hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Əliyev Rüstəm Mehman oğlu qətlə yetirilib.
Məlumata görə, qətlə yetirilən şəxsin başı bədənindən ayrılıb.
Qətli törətməkdə şübhəli bilinən rayonun Moranlı kənd sakini, 1992-ci il təvəllüdlü Əli Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Qətlin səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.