EN

Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO

Xankəndidə təxribat törədən və bir polis əməkdaşının yaralanmasına səbəb olan erməniəsilli şəxs bir müddət əvvəl "mən azərbaycanlıyam" deməsi ilə gündəmə gəlmişdi. 

Bizim.Media xəbər veri ki, o, bir il bundan öncə Baku TV-yə müsahibə verib. 

Karen Avanesyan müsahibəsində vurğulayıb ki, 16 yaşında Azərbaycan vətəndaşlığını alıb.

Ancaq 30 il öncə Xankəndini mafiya ələ keçirib. Bundan sonra azərbaycanlılar doğma yurdlarından məcburi köçkün düşüblər, mafiya isə qalanların pasportlarını dəyişib.
"Mən Ermənistan vətəndaşı deyiləm, mən azərbaycanlıyam", - K.Avanesyan deyib.

Qeyd edək ki, ötən gün Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü Karen Avanesyan qabaqcadan gizlətdiyi "Kalaşnikov" avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
 

Bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. 


Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb.


Bizim.Media

Chosen
39
1
bizim.media

10Sources