İsraildə səfərdə olan ABŞ Dövlət katibi Mark Rubio Baş nazir Benyamin Netanyahu ilə birgə "ağalama divarı"nı (Qərb divarı) ziyarət edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Teleqram kanalında B.Netanyahu məlumat yayıb.
"Biz yəhudi xalqının və İsrail dövlətinin əsl dostu olan ABŞ Prezidenti Donald Trampın adından girovlar üçün dua etdik", - Netanyahu bildirib.
Siyasətçi vurğulayıb ki, Amerika-İsrail ittifaqı Qərb divarının daşları qədər güclü və davamlıdır.