EN

Azərbaycanda informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 7 % dən çox artıb

ain.az bildirir, 525.az portalına istinadən.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2 milyard 401,8 milyon manat təşkil edib.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % çoxdur.

Bu sahədə əldə edilmiş gəlirin 83,5 %-i qeyri-dövlət sektorunun payına düşüb, 73,7 %-i isə əhali sektoruna aid olub.

Təkcə avqustda isə informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 319 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,1 % çoxdur.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2023-cü illə müqayisədə 11,4 % artaraq 3 milyard 601,7 milyon manat olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
28
1
525.az

2Sources