Bu ilin yanvar-avqust aylarında Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2 milyard 401,8 milyon manat təşkil edib.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % çoxdur.
Bu sahədə əldə edilmiş gəlirin 83,5 %-i qeyri-dövlət sektorunun payına düşüb, 73,7 %-i isə əhali sektoruna aid olub.
Təkcə avqustda isə informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 319 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,1 % çoxdur.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2023-cü illə müqayisədə 11,4 % artaraq 3 milyard 601,7 milyon manat olub.