EN

Bilik gününün ilk zəngi çalındı


Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur.
Yeniavaz.com
xəbər verir ki, sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır.
Azərbaycanda yeni tədris ilində  2,2 milyon təhsilalan, 300 minə yaxın təhsilverən olacaq.
Yeni tədris ilində 132 min 261 uşaq 1-ci sinifdə, 89 min uşaq isə məktəbəhazırlıq qruplarında təhsil alacaq.
Bu gün həmçinin ali təhsilin bütün səviyyələrinə 75 min tələbə dərsə başlayacaq.
Yeni tədris ilindən Bakı məktəblərində jurnallar ləğv olunacaq və “Rəqəmsal məktəb” platforması fəaliyyətə başlayacaq.
Sentyabrın 15-də ümumi təhsil müəssisələrinin II–XI siniflərində ilk dərs “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunacaq.
Chosen
44
34
yeniavaz.com

10Sources