EN

Tramp Avropanın Rusiyaya qarşı sanksiyalarını zəif adlandırıb

"Avropanın Rusiyaya qarşı sanksiyaları çox zəifdir və onları daha sərt tədbirlər görməyə çağırırıq".

Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

"Onların tətbiq etdikləri sanksiyalar kifayət qədər sərt deyil. Mən sanksiyalar tətbiq etməyə hazıram, lakin onlar mənim etdiklərimə uyğun olaraq sanksiyalarını sərtləşdirməli olacaqlar", - Tramp deyib. 

Xatırladaq ki, son bir neçə ayda Tramp rusiyalı həmkarı Vladimir Putinin müharibənin dayandırılması ilə bağlı danışıqlar aparmaq istəməməsi səbəbindən Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməklə onu dəfələrlə hədələyib. 

Nurlana ƏhmədovaMissiya.Az

Chosen
16
missiya.az

1Sources