Kəlbəcər şəhərinə növbəti köç prosesi çərçivəsində 32 ailə – 139 nəfər yerləşdirilib. Bu barədə Azərbaycan Nazirlər Kabineti məlumat verib.
Onlar əvvəllər ölkənin müxtəlif bölgələrində yerləşən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar.