EN

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya

Sentyabrın 15-də Avropa fond bazarlarında əsas indekslərdə qarışıq dinamika müşahidə olunub.

“APA-Economics”in məlumatına görə, ABŞ-da yalnız Nasdaq Composite artım göstərərək 0,44% yüksəlib və 22 141,10 bənd olub.

Digər əsas indekslər isə enişlə bağlanıb: Dow Jones Industrial Average 0,59% azalaraq 45 834,22 bənd, S&P 500 0,05% enərək 6 584,29 bənd, NYSE Composite 0,74% azalaraq 21 374,32 bənd, S&P/TSX Composite isə 0,42% geriləyərək 29 283,82 bənd təşkil edib.

Avropa bazarlarında Euro Stoxx 50 0,07% artaraq 5 390,71 bənd, CAC 40 isə 0,02% yüksələrək 7 825,24 bənd olub. Bununla yanaşı, FTSE 100 0,15% azalaraq 9 283,29 bənd, DAX 0,02% enərək 23 698,15 bənd, IBEX 35 isə 0,09% azalaraq 15 308,20 bənd təşkil edib.

Analitiklər qeyd edirlər ki, ABŞ-da texnologiya sektorundakı müsbət nəticələr “Nasdaq”ın artımını şərtləndirib.

Digər indekslərdə isə yüksək faiz dərəcələri və iqtisadi qeyri-müəyyənlik enişi dərinləşdirib. Avropada zəif iqtisadi göstəricilər və enerji qiymətlərində dalğalanmalar qarışıq dinamikanı davam etdirib.

Chosen
26
1
xalqcebhesi.az

2Sources