EN

İlon Maskın qardaşı Vatikanda Avropanın ən böyük dron şousunu təşkil etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Vatikanda Avropanın ən böyük dron şousu baş tutub. Şou İlon Maskın kiçik qardaşı Kimbal Maskın "Nova Sky Stories" şirkəti tərəfindən Müqəddəs Taxt-Tacın icazəsi ilə təşkil edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "National Geographic" məlumat yayıb.
Vatikan əsrlər boyu davam edən ənənəni pozaraq, Müqəddəs Pyotr meydanında keçirilən ilk konserti işıq şousu ilə müşayiət etməyə icazə verib.
Konsertdə Farrell Uilyams, Andrea Boçelli və Cennifer Hadson kimi məşhurlar iştirak ediblər.
Eyni zamanda yüzlərlə dron 3D ürək, sülh göyərçinləri, tanrının Adəmi yaratdığı məşhur "barmaq toxunuşu", mərhum Papa Fransiskin portreti və s. kimi təsvirlər yaradıb.
Chosen
40
50
oxu.az

10Sources