EN

Derbidə "Mançester Siti" qalib gəldi

İngiltərə Premyer Liqasının 4-cü turunda “Mançester Siti” doğma meydanda “Mançester Yunayted”i qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “Etihad” stadionunda keçirilən derbi 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. 

Hesabı 18-ci dəqiqədə Fil Foden açaraq “şəhərliləri” önə keçirib. 53-cü dəqiqədə Erling Haland fərqi artırıb, 68-ci dəqiqədə isə norveçli hücumçu dublunu rəsmiləşdirib.

Qələbədən sonra “Mançester Siti” 6 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. 4 xalı olan “Mançester Yunayted” isə 14-cü yerdədir.

Növbəti turda “Mançester Siti” 21 sentyabrda səfərdə “Arsenal”la qarşılaşacaq. “Qırmızı şeytanlar” isə 20 sentyabrda evdə “Çelsi” ilə üz-üzə gələcəklər.

Chosen
55
90deqiqe.az

1Sources