Bu gün Azərbaycan Premyer Liqasında dördüncü tura yekun vurulacaq.
Msport.az xəbər verir ki, günün ilk oyununda “Şamaxı” öz meydanında “Karvan”la qarşılaşıb. Görüş Ayxan Abbasovun komandasının böyük hesablı qələbəsi ilə başa çatıb – 3: 0
Turun son matçında isə “Neftçi” doğma divarlar arasında “Sabah”ı sınağa çəkəcək. Bu görüşün start fiti 19:00-da səslənəcək. İlk 3 turda qələbə qazana bilməyən “Neftçi” hazırda 2 xalla turnir cədvəlində 10-cudur. “Sabah” isə 2 oyundan 3 xal toplayıb və 8-cidir.
14 sentyabr (bazar)
16:30. “Şamaxı” – “Karvan” – 3:0
Qollar: Alfonso Msanqa, 38; Andrey Tirkoveanu, 45; Sezar Enrike, 71
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Akif Əmirəli, Əkbər Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Əliyev
Şamaxı şəhər stadionu
19:00. “Neftçi” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Elşad Abdullayev, Vüqar Həsənli
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
“Neftçi Arena”
12 sentyabr (cümə)
“Qarabağ” – “Zirə” – 1:1
“Kəpəz” – “Araz-Naxçıvan” – 0:2
13 sentyabr (şənbə)
“Turan Tovuz” – “Qəbələ” – 1:0
“İmişli” – “Sumqayıt” – 1:0