Bu gün Misli Premyer Liqasında dördüncü tura yekun vurulacaq.
QOL.az xəbər verir ki, sonuncu oyun günündə iki matç keçiriləcək.
Əvvəlcə “Şamaxı” öz meydanında “Karvan"ı qəbul edəcək. Qarşılaşmaya 16:30-da start veriləcək. Hazırda “Şamaxı” 3 turdan sonra 2 xalla 9-cu, Yevlax klubu isə 4 xalla 7-ci pillədə qərarlaşıb.
Turun son matçında isə “Neftçi” doğma divarlar arasında “Sabah”ı sınağa çəkəcək. Bu görüşün start fiti 19:00-da səslənəcək. İlk 3 turda qələbə qazana bilməyən “Neftçi” hazırda 2 xalla turnir cədvəlində 10-cudur. “Sabah” isə 2 oyundan 3 xal toplayıb və 8-cidir.
14 sentyabr (bazar)
16:30. “Şamaxı” - “Karvan” - 0:0 (Birinci hissə)
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Akif Əmirəli, Əkbər Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Əliyev
Şamaxı şəhər stadionu
19:00. “Neftçi” - “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Elşad Abdullayev, Vüqar Həsənli
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
“Neftçi Arena”
12 sentyabr (cümə)
“Qarabağ” - “Zirə” - 1:1
"Kəpəz” - “Araz-Naxçıvan” - 0:2
13 sentyabr (şənbə)
“Turan Tovuz” - “Qəbələ” - 1:0
“İmişli” - “Sumqayıt” - 1:0
Bombardirlər:
Olabe Roberto ("Turan Tovuz") - 2 qol
Coy-Lens Mikels ("Sabah") - 2 qol
Ceyhun Nuriyev ("Zirə") - 2 qol
İssa Cibrila ("Zirə") - 2 qol
Ba-Muaka Simakala ("Araz-Naxıvan) - 2 qol