Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin məskunlaşdığı əraziləri sutka ərzində 46 dəfə atəşə tutub, nəticədə 4 nəfər həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin teleqram kanalında məlumat verib.
"Sentyabrın 13-də rusiyalılar Donetskin 4 sakinini - Konstantinovkada qətlə yetiriblər. Sutka ərzində bölgədə daha 14 nəfər yaralanıb", - o yazıb.
Yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində bir neçə hündürmərtəbəli yaşayış binası, avtomobillər, inzibati binalar və s. zərər çəkib.
Gün ərzində cəbhə xəttindən 109-u uşaq olmaqla 1001 nəfər təxliyə edilib.
Bizim.Media