AZ

Rusiya Ordusu Donetsk vilayətini atəşə tutdu: Ölənlər var

Rusiya işğalçıları Ukraynanın Donetsk vilayətinin məskunlaşdığı əraziləri sutka ərzində 46 dəfə atəşə tutub, nəticədə 4 nəfər həlak olub.

Demokrat.az xəbər verir ki, bu barədə Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin teleqram kanalında məlumat verib.

"Sentyabrın 13-də rusiyalılar Donetskin 4 sakinini - Konstantinovkada qətlə yetiriblər. Sutka ərzində bölgədə daha 14 nəfər yaralanıb", - o yazıb.

Yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində bir neçə hündürmərtəbəli yaşayış binası, avtomobillər, inzibati binalar və s. zərər çəkib.

Seçilən
21
6
demokrat.az

7Mənbələr