EN

NTD-də növbəti legioner

NTD amerikalı basketbolçu ilə heyətini gücləndirib.

İdman.biz xəbər verir ki, klub 23 yaşlı Camel Kinqi transfer edib.

Forvard mövqeyində çıxış edən oyunçu ilə birillik müqavilə imzalanıb. Kinq son olaraq ölkəsinin "Kenneso Steyt Ouls" klubunun formasını geyinib.

Qeyd edək ki, NTD buna qədər Ladarius Marşalın, Kobi Montqomerinin və Andra Makkinin transferlərini həyata keçirib.

İdman.biz

Chosen
39
7
idman.biz

9Sources