EN

"Culfa" gömrük postunda 63 kiloqram narkotik aşkar edildi


Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasından tranzit keçməklə Türkiyə Respublikasına etilen polimer yükü aparan nəqliyyat vasitəsi rentgen baxış qurğusundan keçirilərkən monitorda şübhəli təsvirlərin görünməsi səbəbindən əsaslı yoxlamaya cəlb olunub.

Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsindəki yükün 30 kisəsinin içərisində gömrük nəzarətindən gizlədilmiş, ümumi təmiz çəkisi 63 kiloqram olan xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.

ZÜMRÜD

Chosen
48
34
baki-xeber.com

10Sources