EN

Bu marşrut xəttləri bərpa olunur -gediş haqqı 50-70 qəpik

157 və 503 nömrəli marşrutlar üzrə keçirilən müsabiqələrdə qalib gələn daşıyıcılar - "BusTrans" MMC və "BakuBus" MMC yeni avtobuslarla xətlərin istismarını müvafiq olaraq sentyabrın 14-ü və 15-də həyata keçirəcəklər.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, hər iki marşrut üzrə sərnişindaşıma nağdsız öchr("39")dəniş əsasında fəaliyyət göstərəcək.

Bakı Beynəlxalq Avtovağzal Kompleksini Sulutəpə qəsəbəsi ilə əlaqələndirən 157 nömrəli marşrut üzrə gedişhaqqı 0.50 qəpik, Sumqayıt şəhəri ilə əlaqələndirən 503 nömrəli marşrut üzrə isə 0.70 qəpik təşkil edəcək.

Qeyd edək ki, 503 saylı avtobus bir müddət idi işləmirdi. Sumqayıt şəhəri ilə Abşeron rayonunun Saray qəsəbəsini birləşdirən bu marşrut xəttinin fəaliyyətini dayandırması sakinlərin nachr("39")razılığına səbəb olmuşdu.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
58
5
olaylar.az

10Sources