Amerikalı idmançı Terens Krouford 76,2 kq çəki dərəcəsində boks üzrə mütləq dünya çempionu adını qazanıb.
Oxu.Az-ın "Sport-Ekspress"ə istinadən verdiyi xəbərə görə, o, 12 raundluq döyüşdə hakimlərin yekdil qərarı ilə meksikalı Saul Alvaresə qalib gəlib.
Döyüş Las-Veqasda baş tutub. Bildirilir ki, 37 yaşlı amerikalı karyerasında 42-ci qələbəsini qazanıb və indi tarixdə üç müxtəlif çəki dərəcəsində mütləq dünya çempionu olan ilk boksçudur.
Bundan əlavə, 35 yaşlı Alvaresin hesabında ümumilikdə 63 qələbə, üç məğlubiyyət və iki heç-heçə var.
"Cebheinfo.az"