EN

Ülviyyə Cabbarova: 8 dövlətin iştirakı ilə yaradılan Türk Dünyası Sığorta Birliyi böyük önəm daşıyır

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Şuşa, 14 sentyabr, T.Ağaməmmədov, AZƏRTAC

Bu gün Türk Dünyası Sığorta Birliyini Türk Dövlətləri Təşkilatının əsas prinsipləri və dəyərləri əsasında yenidən formalaşdırırıq. 8 dövlətin iştirakı ilə yaradılan birlik çox böyük önəm daşıyır və inanıram ki, hər dövlətin sığorta sektoru bu birlikdən töhfə götürəcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Şuşa şəhərində jurnalistlərə müsahibəsində Türk Dünyası Sığorta Birliyinin sədri Ülviyyə Cabbarova deyib.

“Mən Türk Dünyası Sığorta Birliyinin iştirakçılarına uğurlar arzu edirəm və inanıram ki, Birlik uğurlu olacaq”, - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Şuşa şəhərində Türk Dünyası Sığorta Birliyinin birinci Assambleyası keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
45
3
azertag.az

4Sources