EN

Kiyevdə neft anbarı partladıldı

Kiyev vilayətində yerləşən neft bazasında partlayış baş verib.

XəzərNews.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb.

“Kiyev vilayətində neft anbarı partlayıb”, - məlumatda deyilir.

Nəşrin "Telegram" kanalında da yanğının görüntüləri yayımlanıb.

Qeyd edilib ki, hadisə Rusiyanın vilayətə intensiv hava hücumlarından sonra baş verib.

Xəbər 3 dəfə oxunub.
Chosen
27
2
xezernews.az

4Sources