EN

Musiqi məktəbərində təhsil haqqının 2 dəfə artırıldığı bildirilir – Valideynlər narazılıq edir


Musiqi məktəblərinə bu il keçirilən qəbul imtahanlarında 80, 90 və hətta maksimal 100 bal toplayan uşaqların əksəriyyəti pullu əsaslarla təhsilə yönləndirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə övladı musiqi məktəbinə qəbul olan valideynlərdən biri narazılıq edib.
Şikayətçi bildirir ki, ödənişlərin məbləği əvvəlki illərlə müqayisədə iki dəfə artırılıb: “Hazırda aylıq ödəniş 100, 120 və ya 150 manat təşkil edir. Məktəblər isə valideynlərdən dərhal 6 aylıq ödəniş tələb edir ki, bu da müvafiq olaraq 600, 720 və 900 manat edir”.
Valideynin iddiasına görə, sənəd qəbulu üçün verilən vaxt da çox qısadır: “Çoxsaylı şikayətlərdən sonra qəbul müddəti yalnız 2 gün artırılıb”.
Şikayətçi nazirliyə və digər qurumlara müraciət etsələr də, problemlərinə baxılmadığını deyir.
Valideynlərin əsas tələbi 80-dən yuxarı bal toplayan uşaqların ödənişsiz əsaslarla təhsil alması, əlavə yerlərin açılması, bu mümkün olmadıqda isə ödənişlərin azaldılması və əvvəlki illərdə olduğu kimi aylıq şəkildə ödənilməsi ilə bağlıdır.
Onların sözlərinə görə, yüzlərlə valideyn eyni vəziyyətlə üzləşib və aidiyyəti qurumlardan məsələyə müdaxilə edilməsini gözləyirlər.

Elnur Əli
Chosen
32
2
yeniavaz.com

3Sources