EN

Bu yarış gələn il Bakıda keçiriləcək

17 yaşadək güləşçilər arasında dünya çempionatı 2026-cı ildə Bakıda keçiriləcək. Metbuat.az xəbər verir ki, bu barədə qərar Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclasında qəbul edilib.Sofiya (Bolqarıstan), İsgəndəriyyə (Misir), Amman (İordaniya) və Braşovun (Rumıniya) da namizəd olduğu yarışın təşkilatçılığı Bakıya həvalə edilib.Dünyanın ən güclü yeniyetmə güləşçiləri gələn il 27 iyul - 2 avqustda Milli Gimnastika Arenasında müəyyənləşəcək.

Xatırladaq ki, analoji yarış 2012-ci ildə də Bakıda keçirilib.

Chosen
69
40
metbuat.az

10Sources