AZ

U-17 dünya güləş çempionatı 2026-cı ildə Bakıda keçiriləcək

Güləş üzrə U-17 dünya çempionatı 2026-cı ildə Azərbaycan paytaxtında təşkil olunacaq.

Doğru.az xəbər verir ki, bu barədə qərar Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

Sofiya (Bolqarıstan), İsgəndəriyyə (Misir), Əmman (İordaniya) və Brasov (Rumıniya) da yarışın ev sahibliyi üçün namizəd olsa da, təşkilatçılığı Bakıya həvalə edilib.

Doğru.az xəbər verir ki, dünyanın ən güclü yeniyetmə güləşçiləri 27 iyul–2 avqust 2026-cı il tarixlərində Milli Gimnastika Arenasında qaliblərini müəyyənləşdirəcək.

Xatırladaq ki, analoji yarış 2012-ci ildə də Bakıda keçirilib.

DOĞRU.AZ

Seçilən
22
38
dogru.az

10Mənbələr