EN

“Real” FİFA ya şikayət hazırlayır

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Real" FİFA-ya şikayət etməyə hazırlaşır. Müraciətdə hakimlik baxımından İspaniya futbolunda baş verənlərlə bağlı təfərrüatları veriləcək. Sport24.az xəbər verir ki, bu barədə "Kral klubu"nun rəsmi media kanalı məlumat yayıb.

"Real TV" açıqlamasında bildirib ki, FİFA-ya verilən hesabatda ispan futbolunda həm ötən, həm də bu mövsüm baş vermiş hakimliklə bağlı insidentlər qeyd olunacaq.

Qeyd edək ki, şikayət hazırlığı ilə bağlı məlumat "Real"ın İspaniya çempionatının 4-cü turunun "Real Sosyedad"la oyunundan sonra ortaya çıxıb. Madrid klubunun müdafiəçisi Din Heysenin 32-ci dəqiqədə birbaşa qırmızı vərəqə alması rəhbərliyin səbr kasasını daşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
29
sport24.az

1Sources