EN

Erlinq Haaland: “Mən komandanın lideri olmalıyam və...”

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland hesab edir ki, o, komandada liderlik rolunu üzərinə götürməlidir. Sport24.az xəbər verir ki, norveçli hücumçu bu barədə "Sky Sports" a açıqlama verib:

"Bir çox vacib oyunçu komandanı tərk edib. Kollektivə yeni uşaqlar gəlib. İndi mənim kimi bir neçə ildir burada oynayanlar məsuliyyəti daha çox üzərinə götürməlidir. Mən komandanın lideri olmalıyam və yeni gələnlərə kollektivə daha tez uyğunlaşmaqla bağlı kömək etməliyəm. Çünki yeni ölkəyə gəlib dərhal oynamaq asan deyil. Biz bir-birimizə yardım etməliyik".

Qeyd edək ki, Haaland 2022-ci ildən "Mançester Siti"də çıxış edir. 25 yaşlı norveçli futbolçu 149 oyun keçirib, 127 qol vurub və 21 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
sport24.az

1Sources