EN

Kiyev yaxınlığında PARTLAYIŞ: Dəmir yolu zədələndi, yaralananlar var

Sentyabrın 14-nə keçən gecə Kiyev vilayətində partlayışlar baş verib.

Musavat.com xəbər verir ki, bu barədə Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Nikolay Kalaşnik bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində azı 3 nəfər yaralanıb.

Partlayışlar Fastiv rayonunda dəmir yolu infrastrukturuna ziyan vurub. Hadisənin Rusiyanın hava hücumu ilə bağlı olmadığı bildirilir.

“Biz Ukrzaliznitsia komandası və müvafiq xidmətlərlə birlikdə ziyanların aradan qaldırılması üzərində çalışırıq”, – Kalaşnik deyib.

Ukrzaliznitsia xəbər verir ki, dəmir yoluna dəyən ziyan səbəbindən bəzi şəhərətrafı və rayon qatarları ləğv olunub, bəzilərinin marşrutları isə məhdudlaşdırılıb.

Kiyev vilayətinin sakinləri partlayışların səsini gecə saatlarında eşidiblər. Daha sonra məlum olub ki, hadisə Kalinovka kəndi yaxınlığında döyüş sursatının dəmir yolu ilə daşınması zamanı baş verib.

Musavat.com

Chosen
56
1
musavat.com

10Sources