EN

C vitamininin payızda faydaları: Nələri düz bilmirik?

"Payızda C vitamini və digər qida əlavələrinin nəzarətsiz şəkildə istifadəsi soyuqdəymə riskini azaltmır və xəstəliyin gedişatını yüngülləşdirmir".

Demokrat.az-ın xəbərinə görə, bu barədə rusiyalı professor, Avropa Tibb Mərkəzinin daxili xəstəliklər klinikasının rəhbəri və terapevt Svetlana Kanevskaya Gazeta.ru nəşrinə müsahibəsində danışıb.

Əvvəlki tədqiqatlar göstərib ki, C vitamini həqiqətən də immunitet sistemini dəstəkləməyə qadirdir. Lakin belə təsir təbii olaraq əldə edilir, o şərtlə ki, bədəndə maddənin konsentrasiyası norma həddinə olsun. Kanevskayanın sözlərinə görə, C vitamini çox yüksək dozada qəbul edildikdə, artıq doza heç bir fayda gətirmir.

"Əgər bir insanda laborator təsdiqlənmiş çatışmazlıq yoxdursa, C vitamini, sink və ya multivitaminlərin yüksək dozaları zərərli ola bilər - qaraciyər və ya böyrəklərin həddindən artıq yüklənməsinə, həmçinin vitamin və mineralların balanssızlığına gətirib çıxara bilər. Bu ona görə baş verir ki, bəzi maddələrin hədddən artıq olması digərlərinin udulmasını bloklaya bilər", - deyə Svetlana Kanevskaya qeyd edib.

Həkim vurğulayıb ki, C vitamininin həddindən artıq dozası böyrək daşı olan insanlar üçün xüsusilə təhlükəlidir. İş orasındadır ki, askorbin turşusu emal edildikdə başqa bir turşuya - oksalata çevrilir. Sidikdə oksalatın konsentrasiyası yüksək olduqda isə o, kalsiumla birləşərək kristallar əmələ gətirir.

Chosen
16
2
demokrat.az

10Sources