EN

Günə acqarına bir stəkan su ilə başlamaq üçün 7 əsas səbəb

Diyetoloq Vanessa Baad deyir ki, acqarına bir stəkan su içmək sağlamlığınıza böyük müsbət təsir göstərə biləcək sadə vərdişdir.

E-saglam.az xəbər verir ki, "Terra" ilə müsahibədə o, təcrübəyə sadiq qalmağın yeddi əsas səbəbini açıqladı.

"Su limfa sisteminin düzgün işləməsinə kömək edir və toksinləri çıxarır, bədənin təbii müdafiəsini gücləndirir", - dedi. Digər iki faydası suyun toxluğu təşviq etməsi və həddindən artıq yeməkdən qoruması və metabolik prosesləri sürətləndirməsidir.

Baad əlavə edib ki, nəmləndirmə dəriyə müsbət təsir göstərir. Bundan əlavə, günə acqarına bir stəkan su ilə başlasanız, insult və infarkt, öd daşı kimi bir sıra xəstəliklərin inkişaf riskini azalda bilərsiniz, çünki onların əsas tətiklərindən biri - susuzlaşdırma aradan qalxacaq. Dietoloq bu vərdişin son iki faydasını belə adlandırıb ki, ac qarına su bağırsaqların düzgün işləməsini təmin edir və gün ərzində yüksək enerji səviyyəsini saxlamağa imkan verir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
49
e-saglam.az

1Sources