EN

Eks-yarımmüdafiəçi Çarli Kirkin qətli barədə: "Onu it kimi güllələyiblər"

"Mançester Siti"nin keçmiş yarımmüdafiəçisi Coui Barton Çarli Kirkin qətlini şərh edib.

İdman.biz bildirir ki, amerikalı sağ mühafizəkar fəal və ABŞ prezidenti Donald Trampın tərəfdarı çərşənbə günü, sentyabrın 10-da Yuta ştatında universitetdə çıxışı zamanı boyun nahiyəsindən güllə yarası alıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, tezliklə öldüyü bildirilib.

Dünən Londonda sağçı fəalların təşkil etdiyi aksiya keçirilib. Aksiyada yüz mindən çox insan iştirak edib.

"Çarli Kirkin mənasız şəkildə öldürülməsindən sonra, həqiqətən də, mən artıq rasional düşünmək istəməyən əqli cəhətdən qeyri-sabit insanları vecimə almıram. Güclü insanların bu zülm qarşısında əyilməməsi vacibdir. Bu gün Londondakı bütün vətənpərvərlərə uğurlar.

Çarli kimi bir adamı öldürməklə, şübhəsiz ki, mənim kimi bir insanı “radikallaşdırdılar”. Bir çox məsələlərdə onunla razılaşmırdım, amma ən azından bu adamın bu məsələni müzakirə etməyə cəsarəti çatırdı.

Və onlar onu da it kimi uşaqlarının gözü qarşısında güllələyiblər. Sonra da bayram ediblər - sanki bir növ "karma" idi. Amma bizi dəli hesab edirlər!” - Coui deyib.

İdman.biz

Chosen
20
1
idman.biz

2Sources