Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatının yarımfinal görüşləri keçirilib. 

Offsideplus.az xəbər verir ki, Giorgi Meşvildişvili (125 kq) yarımfinalda polşalı Robert Baranla üz-üzə gəlib. Rəqibinə 2:0 hesabıyla qalib gələn Meşvildişvili karyerasında ilk dəfə dünya çempionatının finalına yüksəlib.

Təmsilçimiz həlledici qarşılaşmada İranın titullu güləşçisi Amir Zare ilə üz-üzə gələcək.