EN

Tiflisdə GƏRGİNLİK: Minlərlə etirazçı küçələrə axışdı - VİDEO

Tiflisdə Avropa İttifaqı ilə vizasız rejimin qorunması üçün müxalifətin genişmiqyaslı mitinqi keçirilir.

Musavat.com xəbər verir ki, paytaxtın mərkəzində müxalifət partiyaları, qeyri-hökumət təşkilatları, tələbələr və onların tərəfdarlarının iştirakı ilə genişmiqyaslı etiraz aksiyası keçirilir.

Etirazçılar əvvəlcə Tiflis Dövlət Universitetinin binası yaxınlığında toplaşıblar və daha sonra Rustaveli prospekti boyunca yürüş edərək Gürcüstan parlamentinin binası qarşısında mitinqi başa çatdıracaqlar.

Qeyd edək ki, Gürcüstan hakimiyyəti hələ 2024-cü ildə Aİ-yə üzvlük danışıqlarını təxirə salıb.

 

Musavat.com

Chosen
4
13
musavat.com

10Sources