AZ

Türkiyədə sosial şəbəkələr bloklandı – İstanbulda siyasi gərginlik artır

Türkiyədə siyasi vəziyyətin gərginləşməsi fonunda ölkədə genişmiqyaslı internet məhdudiyyətləri tətbiq olunub.

Musavat.com xəbər verir ki, təxminən gecə yarısından etibarən İstanbulda Telegram, X (keçmiş Twitter), Youtube, Instagram, Facebook və WhatsApp fəaliyyətini dayandırıb.

Məlumatlara görə, bu addım CHP müxalifət partiyasının tərəfdarlarını mitinqə çağırmasından sonra atılıb. Qeyd olunur ki, polis İstanbulda partiyanın qərargahı ətrafında barrikadalar qurub və bu, müxalifətin kəskin etirazına səbəb olub.

Türkiyə hakimiyyəti hələlik sosial şəbəkələrin bloklanması ilə bağlı rəsmi açıqlama verməyib.

Musavat.com

Seçilən
53
13
musavat.com

10Mənbələr