EN

İtaliyada türklərin gecəsi 7 qollu derbi

Apasport saytına istinadən ain.az xəbər verir.

İtaliya A Seriyasında III turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, bu gün İtaliya derbisi baş tutub.

"Yuventus" "İnter"i qəbul edib. Matçda 7 qol vurulub. Oyunda hesabı Lloyd Kelli açıb. Çox keçmədən Hakan Çalhanoğlu hesaba tarazlıq gətirib. "İnter" futbolçuları fasiləyədək daha bir dəfə önə keçib. Kenan Yıldız fərqlənib.

İkinci hissənin startında Çalhanoğlu dublunu rəsmiləşdirib. Ardınca Markus Türam qonaqları hesabda önə keçirib. "Yuventus"un buna cavabı Kefren Türamla gəlib. O, Yıldızın ötürməsini qolla tamamlayıb. Matçın sonlarında Vasiliye Adziç "qoca sinyora"ya qələbə qazandıran qolu vurub - 4:3.

İtaliya A Seriyası

III tur

"Kalyari" - "Parma" 2:0

"Yuventus" - "İnter" 4:3

Yığmamız Avropa çempionatının yarımfinalında uduzub

UEFA-dan tarixi qərar: SLOVAKİYA DA ÇEMPİON ELAN EDİLDİ

"Benfika" - "Qarabağ" matçının biletləri satışa çıxarılıb

"Qarabağ"ın oyunu irlandiyalı hakimlərə tapşırılıb

Tomas Tuxeldən İLK

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
45
2
apasport.az

3Sources