EN

Premyer Liqa: “Turan Tovuz” “Qəbələ”ni məğlub etdi

BAKI, 13 sentyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının IV turunun növbəti oyun günündə “Turan Tovuz” və “Qəbələ” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, “Azersun Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Cavid Cəlilpvun idarə etdiyi qarşılaşmada yeganə qolu 54-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Aleks Souza vurub.
Bu nəticədən sonra Kurban Berdıyevin komandası xallarını 9-a çatdıraraq turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib.
Kaxaber Tsxadadzenin kollektivi isə 1 xalla turnir cədvəlinin 11-ci pilləsində yer alır.

Qeyd edək ki, turun digər qarşılaşmasında “İmişli” “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub etsə də texniki məğlubiyyət alacaq. Dünən keçirilən görüşlərdə isə“Kəpəz” “Araz-Naxçıvan”a 0:2 hesabı ilə məğlub olub, “Qarabağ” isə “Zirə” ilə 1:1 hesablı heç-heçə edib.

Chosen
52
teleqraf.com

1Sources