EN

Çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb -Xırdalanda

Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının iyirmibirmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.

FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 110 kv.m olan üçotaqlı mənzilin zalı 20 kv.m sahədə yanıb.

Digər otaqlar və qonşu mənzillər yanğından mühafizə edilib.

FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Chosen
64
43
ikisahil.az

10Sources