EN

Tramp NATO ölkələrini Rusiya neftini almağı dayandırmağa çağırıb

ABŞ prezidenti Donald Tramp NATO ölkələrinə və “bütün dünyaya” məktub göndərib, onlara Rusiyadan neft alışını dayandırmaq çağırışı edib.

Operativ Media xəbər verir ki, bu haqda o, "Truth Social” sosial şəbəkəsində bəyan edib.

Məktubun mətnində qeyd olunub ki, ABŞ prezidenti Rusiyaya qarşı “ciddi” sanksiyaların tətbiqinə yalnız o halda razı olacaq ki, bütün NATO ölkələri bununla razılaşsın və Rusiyadan neft almağı dayandırsın.

“Bildiyiniz kimi, NATO-nun qələbə istəyi heç vaxt 100 faiz olmayıb və onların bəzilərinin rus nefti alması şokedici idi. Bu isə Rusiyayla apardığınız danışıqların mövqeyini və gücünü ciddi şəkildə zəiflədir. Hər halda, mən ‘getməyə’ hazıram, siz hazır olduğunuz zaman. Sadəcə deyin – nə vaxt. Hesab edirəm ki, bu addım və NATO tərəfindən qrup halında Çinə qarşı 50–100 faiz gömrük rüsumlarının tətbiqi, hansı ki, Rusiya ilə Ukrayna arasındakı müharibənin bitməsindən sonra tamamilə aradan qaldırılacaq, bu ölümcül, lakin absurda çevrilmiş müharibənin başa çatmasında mühüm rol oynayacaq. Çin Rusiyaya güclü nəzarətə və hətta təsirə malikdir, bu güclü rüsumlar isə həmin təsiri məhv edəcək”, – Tramp məktubdan sitat gətirib.

ABŞ prezidenti həmçinin bildirib ki, bu, “Baydenin və Zelenskinin müharibəsidir”.

“Əgər NATO dediklərimi etsə, müharibə çox tez başa çatacaq və bütün bu həyatların xilas olunmasına səbəb olacaq. Əks halda, siz sadəcə mənim vaxtımı, eləcə də ABŞ-nin vaxtını, enerjisini və pulunu boşa sərf etmiş olacaqsınız”, – Tramp əlavə edib.

Chosen
40
operativmedia.az

1Sources