EN

Azərbaycanda 2,2 milyon şagird yeni tədris ilinə başlayır

ain.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.

Sentyabrın 15-də Azərbaycanda təxminən 2,2 milyon təhsilalan təhsilin müxtəlif pillələri üzrə yeni tədris ilinə başlayacaq.

Doğru.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

2025-2026-cı tədris ilində respublikanın ümumi təhsil müəssisələrində 1,6 milyon şagirdin təhsil alacağı gözlənilir. Onlardan təxminən 130 mindən çoxu birinci sinif, 160 mini IX sinif, 117 mini isə XI sinifdə təhsil alacaq. Məktəbəhazırlıq qruplarında isə 90 minə yaxın uşaq təhsilə cəlb olunacaq. Məktəbəqədər təhsildə isə 226 min uşağın iştirak edəcəyi proqnozlaşdırılır.

Yeni tədris ilində II–XI siniflərdə ilk dərs “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunacaq. Məqsəd şagirdlərdə Azərbaycan Konstitusiyasına, dövlət suverenliyinə və ərazi bütövlüyünə hörmət hissini gücləndirmək, milli dəyərlərə sadiqliyi artırmaqdır.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
45
43
dogru.az

10Sources