EN

Ərdoğanla Pezeşkian Dohaya gedəcək

Türkiyə, İran və İraq liderləri sentyabrın 15-də Dohada keçiriləcək ərəb və müsəlman liderlərinin fövqəladə sammitində iştirak edəcəklər.

News365.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi məlumat verib.

Məlumata görə, İran prezidenti bazar ertəsi Qətərin paytaxtına yola düşəcək. Sentyabrın 14-ü bazar günü xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşdə Əraqçi özü də iştirak edəcək.

Sammitdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İraqın baş naziri Məhəmməd Şia əl-Sudaninin də iştirakı gözlənilir.

Nazirlərin sammitində ölkəni XİN başçısı Hakan Fidan təmsil edəcək.

Chosen
8
3
news365.az

4Sources