EN

Bakıda bu avtobuslar yeniləndi: Gediş haqqı...

Bakı Beynəlxalq Avtovağzal Kompleksini Sulutəpə qəsəbəsi ilə əlaqələndirən 157 nömrəli və Sumqayıt şəhəri ilə əlaqələndirən 503 nömrəli marşrut üzrə xətlərə sentyabrın 14-ü və 15-dən yeni avtobuslar istismara veriləcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, 157 və 503 nömrəli marşrutları yeni avtobuslarla təminatını BusTrans MMC və Bakı Bus MMC həyata keçirəcəklər.

157 nömrəli marşrut üzrə gediş haqqı 0,50 manat, 503 nömrəli marşrut üzrə isə 0,70 manat təşkil edəcək.

Hə iki marşrut üzrə sərnişindaşıma nağdsız ödəniş əsasında həyata keçiriləcək.

Chosen
21
16
hurriyyet.az

10Sources