EN

Putini durdurmağın iki yolu Biri...

ain.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna və Rusiya arasında hər gün yalnız dron, PUA, raket mübadiləsi edilmir, həm də əsəb müharibəsi, “kim-kimi tükətdi” savaşı gedir. Belə görünür ki, payızın yaxınlaşması ilə bu savaş nəinki səngiyəcək, əksinə, özünün kulminasiya nöqtəsinə çatacaq. Bunu da qeyd etməyə dəyər ki, əsəb müharibəsini udan o birini də qazanacaq...

Dron-raket mübadiləsi demiş, “Forbes” jurnalı yazıb ki, Ukraynanın Rusiyanın neft-qaz infrastrukturuna zərbə endirmə kampaniyası Rusiyanı təkcə əsas maliyyə mənbəyindən məhrum etmir, həmçinin 1917-ci il Fevral inqilabı dövründə rus cəmiyyətində sabitliyin pozulduğu kimi, Rusiyanın arxa cəbhəsində də ictimai-siyasi sabitliyi pozur (Axar.az).

Məqalədə Rusiyanın belə həssas nöqtələrinə hələ 2023-cü ilin sonunda zərbə endirməyə cəhdlər olunub: “Lakin o zaman Bayden administrasiyası dünya neft qiymətlərinin artacağından ehtiyatlanaraq, Kiyevin bu strategiyasına veto qoymuşdu. 2025-ci ilin yayından isə Ukrayna Rusiyanın neft emalı zavodları və neft kəmərlərinə qarşı yenidən zərbələr endirməkdədir. Ancaq Vaşinqton belə zərbələrə artıq qarşı çıxmadığı üçün hücumlar əhəmiyyətli nəticələr verdi. Müxtəlif mənbələrin məlumatına görə, Rusiya neft emalı potensialının 17%-dən 20%-dək hissəsini itirib”.

Jurnal daha sonra yazır ki, Kiyevin hücumları Rusiyanın daxili bazarında yanacağın ciddi formada qıtlığına və qiymət artımına səbəb olub. “Rusiyalılar müharibənin fəsadlarını daha dərindən hiss etməyə başladıqca Kremlə sosial təzyiqlər də güclənir”, - şərhdə vurğulanır...

Həqiqətən də belədir. Yanacaq ixrac edən Rusiya artıq ixraca qadağa qoyub. Sonrası yəqin ki, daha ağır gələcək. Müşahidəçilərə görə, bir azdan nəinki benzin, bir sıra ərzaq məhsulları üçün SSRİ-nin son illərindəki kimi talon sistemi tətbiq oluna bilər.

Bütün hallarda artıq nəinki postsovet ölkələrini, həm də NATO üzvü olan Şərqi Avropa dövlətlərini açıq şəkildə hədələyən (Polşaya dron hücumunu yada salın) və qlobal təhlükəsizlik üçün ən böyük təhdidə çevrilmiş Putin rejimini durdurmağın iki yolu görünür: ya prezident Tramp Putinlə “yaxşı oğlan” illüziyasına son qoyub ABŞ-ın sərt üzünü göstərəcək, yəni Avropa İttifaqı ilə birgə Ukraynaya qabağa getmək, Rusiyaya yerini göstərmək üçün misli görünməmiş hərbi dəstəyi verəcək, eyni zamanda, Moskvaya qarşı daha öldürücü sanksiyalar tətbiq edəcək, ya da Rusiyanı daxildən narazı kütlə çalxalamağa başlayacaq və bu fonda müharibədə “yem” edilən yerli xalqlar ayağa qalxaraq öz haqlarını tələb edəcəklər, imperiya tikişlər üzrə söküləcək.

Əlbəttə, daha məqbulu ikinci variant olardı. Çünki o halda Rusiya illər sonra dünya üçün təzədən təhlükə qaynağı olmayacaq. Mümkünmü? Zaman göstərəcək. Belə bir ifadə var: “heç vaxt “heç vaxt” demə”...

Gerçək belədir ki, mülki iqtisadiyyatı hərbi iqtisadiyyata çevirən və ölkədə faktiki Gestapo idarəçiliyi quran rəsmi Kreml öz vətəndaşlarının rifahı zərrəcə maraqlandırmır. Yalnız silah, PUA-lar, uzaqmənzilli raketlər.

Putinə həm də bu səbəbə atəşkəs sərfəli deyil. Nədən ki, o halda hərbi iqtisadiyyatı yenidən mülki iqtisadiyyat relsi üzərinə qoymaq lazım gələcək ki, bu da asan məsələ deyil. Üstəlik, əlavə böyük işsizlər ordusu yaranacaq. Ona görə də rejim Ukraynanın tam kapitulyasiyasını tələb edir ki, daxildə bunu əlində bayraq edib ac-yalavac və qəzəbli toplumu sakitləşdirə bilsin.

Bəs Rusiya hansı varianta tuş gələcək? Tezliklə biləcəyik. Zaman çox deyil... /Musavat.com/

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
2
icma.az

3Sources