EN

Köç karvanı Xocalının Daşbulaq kəndinə çatdı - YENİLƏNİB

Xocalı rayonuna yola salınan növbəti köç karvanı Daşbulaq kəndinə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Daşbulaq kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bir azdan kəndə köçürülən 13 ailəyə evlərin açarları təqdim ediləcək.

***

16:14

Xocalı rayon Daşbulaq kəndinə ilk köç karvanı yola salınıb.

Bakıvaxtı.az xəbər verir ki, ilk mərhələdə Daşbulaq kəndinə 13 ailə olmaqla 67 nəfər Ağdam rayon Dörd yol adlanan ərazisindən yola salınıb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Qayıdış proqramına uyğun olaraq Xocalı rayonunun Daşbulaq kəndinə ilk köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Chosen
7
5
bakivaxti.az

10Sources