EN

Xalq artisti Hacı Murad Yagizarov vəfat edib

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov vəfat edib.

Bu barədə APA-ya Xalq yazıçısı Natiq Rəsulzadə məlumat verib.

O bu gün uzun sürən xəstəlikdən sonra Almaniyanın Münhen şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 iyul 1939-cu ildə Bakıda anadan olub. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb.1962-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyib. Onlarla Azərbaycan filmində müxtəlif baş və ikinci dərəcəli obrazları canlandırıb. "Azərbaycan SSR Əməkdar artisti", "Azərbaycan SSR Xalq artisti" fəxri adlarına, Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb.

Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
32
22
apa.az

10Sources